Bakıda ev yandı, iki azyaşlı öldü

  29 Noyabr 2019    Oxunub : 2242
 Bakıda ev yandı, iki azyaşlı öldü
Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə yanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi iki azyaşlı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb (xəstəxanadan verilən məlumata əsasən, azyaşlılar yolda vəfat edib).

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın