Turizm Agentliyi: Qoruqlar yenidən qurulacaq

    Turizm Agentliyi: Qoruqlar yenidən qurulacaq
  30 Noyabr 2019    Oxunub:2868
Növbəti il ərzində Dövlət Turizm Agentliyinin nəzdində olan qoruqların tikinti, yenidənqurma işləri həyata keçiriləcək və tamamilə yeni idarəetmə modeli təqdim ediləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, qoruqlarda alternativ xidmətlərin yaradılması təklif edilir.

"Artıq "Yanardağ" qoruğunda bu islahatlar həyata keçirilib. Şəkidə "Yuxarı Baş", İsmayıllıda "Basqal", Qubada "Xınalıq" qoruqlarının strateji konsepsiyaları hazırlanaraq təqdim edilib".

K.Qasımov bildirib ki, Agentlik üçün ən vacib islahatlardan biri Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasıdır.

"Ötən il ərzində tabeliyimizdə olan qoruqlarda idarəetmə prosesinin həyata keçirilməsi, eyni zamanda həm tarixi irsimizi qorumaq, turizmə qazandırmaq siyasətini həyata keçirmək üçün Qoruqların İdarəetmə Mərkəzi yaradıldı. Prezident İlham Əliyev tərəfindən Mərkəz yaradılanda qarşıya qoyulan məqsədlərdən biri bu idi ki, qoruqlarımızı, tarixi irsimizi qorumaq, eyni zamanda bunu turizmə qazandırmaq lazımdır. Bununla bağlı çoxfunksionallı fəaliyyət həyata keçirilməyə başlanıldı".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Qoruq  





Xəbər lenti