Ağcabədidə maşın kanala aşıb - Ölən var

Ağcabədidə maşın kanala aşıb -    Ölən var
  30 Noyabr 2019    Oxunub:4300
Ağcabədi rayonunda “VAZ” markalı avtomobil kanala aşıb.
Azvision.az xəbər verir ki, hadisə Qarabağ kanalının Hüsülü kəndindən keçən hissəsində baş verib. Belə ki, qəza zamanı dünyasını dəyişən rayonun Qiyamadınlı kənd sakini, 1980-ci il təvəllüdlü Mirzəyev Gündüz Savalan oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza   Ağcabədi  





Xəbər lenti