Bakıda iki tələbə qidadan zəhərləndi

   Bakıda iki tələbə qidadan zəhərləndi
  30 Noyabr 2019    Oxunub:2416
Bakının Nizami rayonunda iki nəfər qidadan zəhərlənib. Hadisə NZS qəsəbəsində baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu barədə Təcili Tibbi Yardıma saat 07:59-da məlumat daxil olub. Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.

Azvision.az



Teqlər: Tələbə   Zəhərlənmə  





Xəbər lenti