Hacıqabul sakinindən silah götürülüb

  30 Noyabr 2019    Oxunub : 856
Hacıqabul sakinindən silah götürülüb
Hacıqabul rayonunda qanunsuz silah aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan Regional qrupundan Azvision.az -a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd “BUM” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Silah   Hacıqabul