Zəhərlənən tələbələr evə buraxıldı

Zəhərlənən tələbələr evə buraxıldı
  30 Noyabr 2019    Oxunub:1941
Bu gün səhər saatlarında 3 saylı şəhər xəstəxanasına zəhərlənmə ehtimalı ilə gətirilən 21 və 22 yaşlı tələbə oğlanlara lazımi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onların həyatları üçün təhlükə yoxdur.

Qeyd edək ki, Bakının Nizami rayonunda iki nəfər qidadan zəhərlənib. NZS qəsəbəsində baş verən hadisə barədə Təcili Tibbi Yardıma saat 07:59-da məlumat daxil olub. Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər.

Azvision.az



Teqlər: Tələbə   Zəhərlənmə   Xəstəxana  





Xəbər lenti