Seçki bülletenlərinin çapına başlanıldı

   Seçki bülletenlərinin çapına başlanıldı
  30 Noyabr 2019    Oxunub:2943
Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) seçki bülletenlərinin çapına başlayıb.
Azvision.az -ın məlumtına görə, bu gün MSK sədri Məzahir Pənahov və Komissiya üzvləri Milli Məclisin mətbəəsinə baş çəkiblər. Mətbəədə yaradılan şərait və proseslə tanış olan M.Pənahov seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsini tapşırıb.

M.Pənahov, həmçinin bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Onun sözlərinə görə, seçki keçiriləcək 1606 bələdiyyənin hər biri üçün ayrıca olmaqla, ümumilikdə, 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.

Qeyd edək ki, seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti