Rusiyada helikopter qəzası - Ölən var

Rusiyada helikopter qəzası -  Ölən var
  30 Noyabr 2019    Oxunub:2611
Rusiyanın Krasnodar diyarının Kuban şəhərində şəxsi helikopter qəzaya uğrayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, “Robinson R66” helikopterinin qəzaya düşməsi nəticəsində pilot həlak olub.

"Helikopter şəhər tipli Abrau-Durso kəndindən beş kilometr cənub-qərbdə qəzaya uğrayıb", - deyə agentliyin xəbərində bildirilib.

İlkin məlumata görə, helikopterin düşdüyü yerdə ölən və dağıntı yoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Helikopter   Qəza  





Xəbər lenti