Bakıda əcnəbi vətəndaşı qarət etdilər - FOTO

  30 Noyabr 2019    Oxunub : 1305
Bakıda əcnəbi vətəndaşı qarət etdilər - FOTO
Noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan Pakistan vətəndaşının içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu Polis Bölməsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, zərərçəkmiş şəxs bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib və hadisə yerini tərk edib.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, SalyanBakı şəhər sakini olan 3 yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.



Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa, DİN-in “102” Xidmətinə, həmçinin ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Azvision.az

Teqlər: DİN   Cinayət   Oğurluq