Ərlə arvad faciəli şəkildə öldü

  30 Noyabr 2019    Oxunub : 1736
Ərlə arvad faciəli şəkildə öldü
Noyabrın 29-da saat 8 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində rayon sakinləri O.Məmmədovun idarə etdiyi “VAZ-2107” və Hüseyn Dədəkişiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, zərbədən sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyərək yanıb. Nəticədə H.Dədəkişiyev və sərnişini, həyat yoldaşı Güllü ölüb, O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza   Maşın