Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  30 Noyabr 2019    Oxunub:2044
Quba rayonunun Paşaoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, noyabrın 29-da saat 17 radələrində Quba rayonunun Paşaoba kəndi ərazisində Xızı rayon sakini İ.Əftilov idarə etidiyi “Shacman” markalı avtomobillə yolu keçən kənd sakini Mehman Əhmədovu vurub. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti