“TANAP Türkiyə və Azərbaycan arasındakı köklü dostluğun rəmzidir” - Ərdoğan

“TANAP Türkiyə və Azərbaycan arasındakı köklü dostluğun rəmzidir” -    Ərdoğan
  01 Dekabr 2019    Oxunub:3556
“Bu gün hamımız birlikdə ölkələrimiz və bölgəmiz üçün tarixi bir ana şahidlik edirik. Hər mərhələsi səbirlə, diqqətlə, Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq səyləri ilə ərsəyə gələn yeddi il yarımlıq uzun və çətin bir prosesi uğurla başa çatdırmağın haqlı qürurunu yaşayırıq”.
Azvision.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 30-da Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində söyləyib.

“Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir”, - deyən R.T.Ərdoğan qeyd edib ki, TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gəlib. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan   TANAP  





Xəbər lenti