Bərdədə yolu keçən piyadanı maşın vurub

Bərdədə yolu keçən piyadanı maşın vurub
  01 Dekabr 2019    Oxunub:2238
Bərdə rayonunda minik avtomobili piyadanı vurub.
Azvision.az xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndində baş verib. Belə ki, "VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən 1956-cı il təvəllüdlü piyada Sücayət Quliyevi vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

S.Quliyevin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Bərdə   Piyada  





Xəbər lenti