Giorgi Qaxariya: “TANAP çox önəmlidir”
Azvision.az xəbər verir ki, bunu TANAP-ın Avropa bağlantısının açılış mərasimində iştirak edən Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib.
Onun sözlərinə görə, TANAP enerji daşıyıcılarının nəqli baxımından əhəmiyyətli layihə olmaqla yanaşı, ölkəsinin tranzit funksiyasının önəmini daha da artırır: “Gürcüstan hökumətinin əsas vəzifələri sürətli iqtisadi artımı, yeni iş yerləri açılmasını və milli təhlükəsizliyi təmin etməkdir. TANAP layihəsi bütün bu tələblərə cavab verir”.
Azvision.az