Rusiyada avtobus çaya aşıb - 19 ölü (VİDEO+Yenilənib)

Rusiyada avtobus çaya aşıb -  19 ölü (VİDEO+Yenilənib)
  01 Dekabr 2019    Oxunub:6217
Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.


***
(12:35)

Rusiyada dəhşətli yol qəzası baş verib.

Azvision.az xəbər verir ki, Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusu körpüdən aşaraq Kuenqa çayına düşüb.

Qəza nəticəsində azı 15 nəfər həlak olub, 18 nəfər yaralanıb. Hadisə baş verən zaman avtobusda 43 sərnişin olub.

İlkin məlumata görə, qəzaya avtobusun ön təkərinin partlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Rusiya   Qəza  





Xəbər lenti