Zaqatalada 4 bal gücündə zəlzələ olub

   Zaqatalada 4 bal gücündə zəlzələ olub
  01 Dekabr 2019    Oxunub:2799
Bu gün Azərbaycanda zəlzələ olub.
Azvision.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar saat 14:06-da Zaqatala stansiyasından 8 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Azvision.az



Teqlər: Zəlzələ   Zaqatala  





Xəbər lenti