SOCAR dənizdə çalışan işçilərini təxliyyə edir

   SOCAR dənizdə çalışan işçilərini təxliyyə edir
  01 Dekabr 2019    Oxunub:3248
SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan işçilərinin təxliyyəsinə başlayıb.

Bu gün səhər başlayan təxliyyə tədbirləri axşam saatlarına qədər davam edəcək. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib.

Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.

Azvision.az



Teqlər: SOCAR   Neftçi   Dəniz  





Xəbər lenti