Qaradağda zəncirvari qəza: 10-a yaxın şəxs xəsarət alıb

  01 Dekabr 2019    Oxunub : 1286
 Qaradağda zəncirvari qəza: 10-a yaxın şəxs xəsarət alıb
Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 42-ci kilomertliyində qeydə alınıb

Belə ki, “Lexus” markalı “10 00 325” dövlət nömrə nişanlı avtomobillə “Hyundai” markalı “90 ZV 032” və “Mercedes” markalı “99 GS 623” dövlət nömrə nişanlı maşınlar toqquşub. Qəza zamanı 10 nəfərə yaxın insan xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Azvision.az

Teqlər: Qaradağ   Qəza