Bakı-Pirşağı elektrik qatarı işə düşdü

Bakı-Pirşağı elektrik qatarı işə düşdü
  02 Dekabr 2019    Oxunub:2093
Bu gündən Bakı-Pirşağı-Bakı elektrik qatarları hərəkətə başlayıb.
Azvision.az -ın məlumata görə, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılıb.

Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.

Azvision.az



Teqlər: Qatar   Pirşağı  





Xəbər lenti