Lavrovun Bakıya səfəri başlayır - Qarabağ müzakirə ediləcək

Lavrovun Bakıya səfəri başlayır -  Qarabağ müzakirə ediləcək
  02 Dekabr 2019    Oxunub:2735
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük rəsmi səfəri başlayır.
Azvision.az Rusiya XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

"Xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlər müzakirə ediləcək. Tərəflər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar”, - deyə Rusiya XİN-in açıqlamasında bildirilib.

Səfər zamanı xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmə planının imzalanması da gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN   Lavrov  





Xəbər lenti