Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı açıqlandı

  02 Dekabr 2019    Oxunub : 1394
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı açıqlandı
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün tarixi açıqlanıb.
Azvision.az Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq.

Bildirilib ki, Məmmədyarov və Mnatskanyanın ATƏT XİN rəhbərləri Şurasının iclası çərçivəsində Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü nəzərdə tutulur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Məmmədyarov