Oqtay Əsədov: “Parlamentin yenilənməsi zəruridir”

  02 Dekabr 2019    Oxunub : 1638
 Oqtay Əsədov: “Parlamentin yenilənməsi zəruridir”
“Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövrlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

Spiker bildirib ki, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə, bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.

“Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yenilənməsini zəruri edib”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Oqtay-Əsədov