Raket-artilleriya bölmələrinin taktiki təlimləri keçirilir - VİDEO

  02 Dekabr 2019    Oxunub : 1906
 Raket-artilleriya bölmələrinin taktiki təlimləri keçirilir - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nəzəri bilikləri və təhlükəsizlik qaydalarını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.



Təlimlər Raket və artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qismləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər.
Təlimlər zamanı Raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edir.

Azvision.az

Teqlər: Təlim   Müdafiə-Nazirliyi