Qətər XİN: “Qarabağ məsələsində Azərbaycanın yanındayıq”

  02 Dekabr 2019    Oxunub : 1324
 Qətər XİN: “Qarabağ məsələsində Azərbaycanın yanındayıq”
Doha şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Qətər tərəfdən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Səd əl-Mureyxi iştirak edib.

Tərəflər Körfəzdə və Cənubi Qafqaz regionunda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

R.Həsənov Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyət, danışıqlar prosesi barədə məlumat verib. Qətər tərəfinə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində ədalətli həllndə azərbaycanın yanında olduğuna görə minnətdarlığını bildirib.

Qətərli nazir ölkəsinin BMT Təhlükəsizlik Şutrasının qətnamələrini tam dəstəklədiyini, münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu deyib. Vurğulayıb ki, Qətər məsələ ilə bağlı bütün qərar və qətnamələrdə Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri və qarşlıqlı maraq doğuran digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qətər   Doha   Qarabağ