Gənclik İnkişaf Forumunun növbəti qonağı Fərid Mansurov oldu - FOTOLAR

Gənclik İnkişaf Forumunun növbəti qonağı Fərid Mansurov oldu -    FOTOLAR
  02 Dekabr 2019    Oxunub:3941
Miqrasiya Könüllüsü İctimai Birliyinin təsis etdiyi Gənclərin İnkişaf Forumunun 3-cü toplanışı uğurla başa çatıb
Dövlət Miqrasiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, bu dəfə gənclərlə görüşə Olimpiya çempionu, ikiqat Dünya Çempionu, Dünya çempionatının gümüş mükafatçısı, dəfələrlə Azərbaycan çempionu, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov təşrif buyurub.



Səmimi keçən görüşdə məşhur idmançımız keçdiyi çətin və şərəfli həyat yolu haqqında danışıb. İdmançı karyerasının ən unudulmaz xatirələrini gənclərlə bölüşüb, mübarizliyin və qətiyyətin insan xarakterində ən vacib amillərdən biri olduğunu diqqətə çatdırıb.



“Sağlam gələcək” mövzusunda çıxış edən çempion bütün gənclərə bədən tərbiyəsi ilə məşğul olmağı tövsiyə edib. Gənclərin çoxsaylı suallarını cavablandıran Fərid Mansurov gələcəkdə də Miqrasiya könüllüləri tərəfindən təşkil olunacaq müxtəlif layihələrdə davamlı iştirakına həvəslə qatılacağını, Azərbaycanın digər Olimpiya və Dünya çempionları ilə görüşlərin təşkilində yaxından dəstək verəcəyini bildirib. Sonda xatirə şəkli çəkilib.




Azvision.az



Teqlər: DMX  





Xəbər lenti