İlham Əliyev Putinə başsağlığı verib

  02 Dekabr 2019    Oxunub : 1035
 İlham Əliyev Putinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev