Gömrükdə qanunsuz yolla gətirilən telefonlar aşkarlandı

Gömrükdə qanunsuz yolla gətirilən telefonlar aşkarlandı
  02 Dekabr 2019    Oxunub:3677
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21074" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
DGK-dan Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində gizlətdiyi 15 ədəd "Kgtel B360", 10 ədəd "X-İnova 360", 15 ədəd "Kgtel E 1200", 5 ədəd "Odsen 6303" markalı və 5 ədəd adı qeyd olunmayan mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az



Teqlər: DGK  





Xəbər lenti