Xaçaturyan dəfələrlə öz qızlarını zorlayıb - İstintaq təsdiqlədi

  03 Dekabr 2019    Oxunub : 3017
 Xaçaturyan dəfələrlə öz qızlarını zorlayıb - İstintaq təsdiqlədi
Rusiya İstintaq Komitəsi Xaçaturyan bacılarının atalarını öldürmələri ilə bağlı apardığı cinayət işinin istintaqını tamamlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi ilə - bir qrup şəxsin qabaqcadan əlbir olaraq qətl törədilməsində ittiham olunurlar", - Petrenko əlavə edib.

Rusiya Cinayət Məcəlləsinə əsasən, bu maddə ilə ən yüksək cəza ömürlük həbsdir.

İstintaqın məlumatında qeyd olunub ki, 27 iyul 2018-ci il tarixində mənzildə olan Xaçaturyan bacıları əvvəlcədən planlaşdırdıqları kimi ataları Mixail Xaçaturyana bıçaq və çəkic ilə çoxsaylı zərbələr vurublar. O, baş, boyun və sinəsindən aldığı ağır xəsarətlər nəticəsində ölüb.

Qeyd edək ki, üç bacı 57 yaşlı atalarını şəxsi münasibətlər səbəbindən bıçaqlayaraq qətlə yetiriblər. Belə ki, Xaçaturyan narkotik aludəçisi olub və mütəmadi şəkildə qızlarına isgəncə verib, onları təhqir edib, hətta cinsi istismata məruz qoyub.

“Təqsirləndirilən şəxslərin hərəkətlərini qiymətləndirərkən, cinayətin motivinin ata tərəfindən uzun müddət qızlarına fiziki və psixi əzab verməsi müəyyən edilib. Bu da istintaq tərəfindən yüngülləşdirmə halı kimi nəzərə alınıb” - deyə Petrenko vurğulayıb.

Həmçinin, psixoloji ekspertiza M.Xaçaturyanın öldürülməsi zamanı iki bacının hərəkətlərinin əsl mahiyyətini müəyyən edib, üçüncü bacıya isə məcburi müalicə təyin olunacaq.

Eyni zamanda, istintaq bacıların illərlə ataları tərəfindən zorakılığa, o cümlədən cinsi istismara məruz qalmaları barədə söylədiklərinin həqiqət olduğu qənaətinə gəlib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Qətl   Xaçaturyan