DSX İran və Rusiya dənizçilərini xilas etdi
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxirəsalınmaz tədbirlər görülüb və onların Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub.
Həmin gün saat 18:25 radələrində Dövlət Dəniz Agentliyinin Milli Mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Federasiyasının bayrağı altında üzən, Türkan reydində hərəkətdə olan “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstərilməsi barədə məlumat daxil olub. Xəstənin tibbi təxliyəsi üçün təxirəsalınmaz tədbirlər görülüb, növbətçi sərhəd gözətçi gəminin qayığı tərəfindən Hövsan limanına çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunub.
Azvision.az