İcbari tibbi sığorta ƏDV-dən azad edilir

   İcbari tibbi sığorta ƏDV-dən azad edilir
  03 Dekabr 2019    Oxunub:6917
Milli Məclisdə icbari tibbi sığortanın bir il müddətinə ƏDV-dən azad olunması ilə bağlı təklif məqbul hesab edilib.
Azvision.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergilər Məcəlləsinə ediləcək dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, tibbi sığortanın təşviq edilməsi üçün Vergilər Məcəlləsinə dəyişikliklər təklif olunub: "Dəyişikliklər bütövlükdə məqbul hesab edilib. İlkin olaraq 1 yanvar 2020-ci ildən etibarən bir il müddətinə icbari tibbi sığortanın fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi ƏDV-dən azad olunub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏDV   Vergi  





Xəbər lenti