Azərbaycanda iki qanun ləğv edildi

  03 Dekabr 2019    Oxunub : 14820
 Azərbaycanda iki qanun ləğv edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az -ın məlumatına görə, layihənin qeyd hissəsində bildirilir ki, “Tibbi sığorta haqqında” qanunda "İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilib.

“Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulub. Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: