Xaricdə yaşayan azərbaycanlılarla bağlı yeni qanun layihəsi hazırlanır

 Xaricdə yaşayan azərbaycanlılarla bağlı yeni qanun layihəsi hazırlanır
  03 Dekabr 2019    Oxunub:2901
“Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədri bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspora təmsilçiləri belə qanunu çoxdan gözləyirlər:

“Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.

R.Hüseynov əlavə edib ki, yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Qanun  





Xəbər lenti