Ərinin üzüyünü oğurlayan qadın evdən qaçıb

  03 Dekabr 2019    Oxunub : 1225
Ərinin üzüyünü oğurlayan qadın evdən qaçıb
Şəkidə qadın öz evindən oğurluq edib.
Azvision.az xəbər verir ki, rayon sakini Habil Həsənov Şəki rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı, 1973-cü il təvəllüdlü Nurlana Məmmədovanın yaşadıqları evdən ona məxsus qızıl üzüyü və qızı Sahiləyə məxsus sırğa və boyunbağını oğurlayaraq evdən qaçdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Oğurluq   Şəki