FHN itkin düşən gürcü balıqçıları axtarır - VİDEO

FHN itkin düşən gürcü balıqçıları axtarır -    VİDEO
  03 Dekabr 2019    Oxunub:2148
Dekabrın 2-də Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün əraziyə baxış keçirilməsi barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.
Fövqəladə Hallar nazirliyindən Azvision.az -a verilən məlumata görə, bununla bağlı gölün Azərbaycan Respublikası (Ağstafa rayonu) ərazisinə düşən hissəsində axtarışların aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.




Azvision.az


Teqlər: FHN  





Xəbər lenti