“Qarabağ münaqişəsini ətraflı müzakirə etdik” - Məmmədyarov

“Qarabağ münaqişəsini ətraflı müzakirə etdik” -   Məmmədyarov
  03 Dekabr 2019    Oxunub:3260
"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla həm təkbətək, həm də geniş tərkibdə görüş keçirdik. 2020-ci il üçün nazirliklər arasında əməkdaşlıq memorandumu imzaladıq".

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Rusiya-Azərbaycan münasibətləri nümunəvidir və strateji xarakter daşıyır: "Bu il Prezident İlham Əliyev iki dəfə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri çox məhsuldar oldu. İki ölkə arasında ciddi əhəmiyyətli təcrübə mövcuddur. Ölkələrimiz arasında ticarət dövrəyyəsi 2,5 milyarda çatlb. Cari ili 3 milyard dollarlıq ticarət dövriyyəsi ilə yekunlaşdırmağı düşünürük".

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşıdır: "Bugünkü görüşdə beynəlxalq məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini ətraflı müzakirə etdik. Əminik ki, bu məsələdə irəli getmək lazımdır. Əməkdaşlıq rifah gətirməlidir. Bu məsələ daim Rusiya ilə gündəmimizdədir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti