Azərbaycanla Rusiya arasında hərbi sövdələşmə aparılır

 Azərbaycanla Rusiya arasında hərbi sövdələşmə aparılır
  03 Dekabr 2019    Oxunub:2010
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə Bakıda keçirdiyi mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-ya üzv dövlətlərin Azərəbycana silah satışı həyata keçirməməsi ilə bağlı etdiyi müraciətə münasibət bildirib.
Azvision.az-ın məlumatına görə, nazir bildirib ki, Azərbaycanla Rusiya arasında hərbi texniki əməkdaşlıq iki ölkə arasında aparılan danışıqların gündəliyində hər zaman olub və bu, davam edəcək.

"Rusiya ilə hərbi sferada müəyyən maraqlı fikirlər mövcuddur. Sövdələşmə həyata keçirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti