Magistraturaya qəbul prosesi sadələşdirilir

  03 Dekabr 2019    Oxunub : 1264
 Magistraturaya qəbul prosesi sadələşdirilir
Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, təkliflər perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələli keçirilməsi ilə əlaqədardır.

"Magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələli keçirilməsi,
eləcə də, bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılmasına dair ali təhsil müəssisələri ilə müzakirələrin aparılması yekunlaşıb".

Nazir əlavə edib ki, hazırlanmış təkliflər aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil-Nazirliyi