Lavrov jurnalistlərin qarşılıqlı səfərinə münasibət bildirdi

 Lavrov jurnalistlərin qarşılıqlı səfərinə münasibət bildirdi
  03 Dekabr 2019    Oxunub:2795
Rusiya Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin müəlliflərindən biri olub.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bütün tərəflər humanitar əlaqələrin həyata keçirilməsinə razılaşıb: "Həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların həyata keçirilməsində maraqlıyıq. İstənilən qərar bu torpaqlarda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Ona görə ünsiyyət nə qədər çox olsa, razılaşmalar daha dayanaqlı olacaq".

Lavrov, həmçinin deyib ki, icmalar arasında da təmaslar bərpa olunmalıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Lavrov  





Xəbər lenti