Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi

Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi
  03 Dekabr 2019    Oxunub:2188
Dekabrın 3-də Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.
Azvision.az xəbər verir ki, İctimai Şuranın rəhbərliyi və üzvlərinin, təhsil ekspertlərinin, KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə şuranın sədri, professor Şahlar Əsgərov, məsul katibi İlqar Orucov çıxış ediblər.

İctimai Şuranın Fəaliyyət Planı təqdim olunub. Bildirilib ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı” şura üzvlərinin iştirakı ilə hazırlanıb və şuranın iclasında geniş müzakirə olunaraq qəbul edilib. Fəaliyyət Planı şuranın cari tədris ilində icra edəcəyi işləri özündə əks etdirir. Fəaliyyət Planı beş istiqaməti əhatə edir və sənəddə hər bir istiqamət üzrə planlaşdırılan fəaliyyət növləri müəyyənləşdirilib.

Sənəddə, eyni zamanda, Təhsil Nazirliyinin və onun qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, Təhsil Nazirliyi və onun yerli idarəetmə orqanlarının fəaliyyətində aşkarlıq və şəffaflığın təmin olunması, təhsil sahəsində siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların maraqlarının öyrənilməsi, təhsil subyektlərinin qanuni maraqlarının təmin və müdafiə edilməsi məsələləri, birgə əməkdaşlıq və əlaqələndirmə tədbirləri əksini tapıb.

Konfransda geniş müzakirələr aparılıb, təkliflər verilib, suallar cavablandırılıb.

Azvision.az



Teqlər: TəhsilNazirliyi  





Xəbər lenti