SOCAR-ın yeni vitse-prezidenti təqdim olunub

  03 Dekabr 2019    Oxunub : 1997
SOCAR-ın yeni vitse-prezidenti təqdim olunub
Dekabrın 3-də SOCAR-Towerdə Neftin, qazın nəqli və qaz təsərrüfatı üzrə vitse-prezident Rəhman Qurbanovun təqaüdə yola salınması və Daşqın İskəndərovun yeni vitse-prezident vəzifəsinə təyin olunması ilə bağlı mərasim keçirilib.
Bu barədə Azvision.az-a SOCAR-dan məlumat verilib.

Qeyd edək ki, Daşqın İskəndərov ali təhsilini başa vurduqdan sonra “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və BP Eksploreyşn LTD şirkətində texniki istehsalat üzrə supervayzer vəzifəsində işləyib. 2007-ci ildə “28 May” NQÇİ-nin rəisinin birinci müavini, 2008-ci ildən “Azneft” İB-nin Baş mühəndisi - baş direktorun birinci müavini, 2011-ci ildən İstehsalat Birliyinin Baş direktoru vəzifələrində çalışıb.

Azvision.az

Teqlər: SOCAR