Şəhid vərəsələrinə birdəfəlik ödəmələrin 96,1 faizi icra olunub

  Şəhid vərəsələrinə birdəfəlik ödəmələrin 96,1 faizi icra olunub
  03 Dekabr 2019    Oxunub:3017
Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək.

Ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olduğu müəyyən edilib. Onlardan 11 min 791 şəhidin 17 min 558 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 96,1 faiz icra olunub.



Azvision.az



Teqlər: ƏƏSMN   Şəhid   Vərəsə  





Xəbər lenti