Ermənistanda etirazçı gənclər nazirliyə hücum etdi - VİDEO

  03 Dekabr 2019    Oxunub : 1690
Ermənistanda etirazçı gənclər nazirliyə hücum etdi - VİDEO
"Daşnaksütyun" partiyasının Gənclər Birliyinin nümayəndələri təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanla görüş tələbi ilə polis səddini yararaq nazirliyin binasına daxil olmağa çalışıblar.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Bu, nazirliyin təkəbbürlü davranışıdır. İnsanlarla görüşlər belə şəkildə təşkil edilmir, biz içəri daxil olmalı və ondan bizimlə görüşməsini istəməliyik. Nazirin davranışını çox mənfi və dağıdıcı hesab edirik, ancaq konstruktiv sahədə qalmaqda davam edirik və indi bu görüşü özümüz təşkil etməyə çalışacağıq. Mən hər kəsi dərhal nazirliyə getməyə və nazirlə görüşməyə çağırıram", - deyə gənclərdən biri bildirib.

Bundan sonra gənclər polis kordonunu yararaq nazirlik binasına girməyə çalışıbar. Nazirlik binasının qarşısında gərgin vəziyyət yaranıb. Onlar nazirlə yarım saatlıq görüş tələb ediblər.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Etiraz   Hücum