Tərtərdə müəmmalı ölüm - Kişi keçmiş arvadından polisə şikayət etdi

  03 Dekabr 2019    Oxunub : 1765
 Tərtərdə müəmmalı ölüm - Kişi keçmiş arvadından polisə şikayət etdi
Tərtər rayonunda kişi keçmiş arvadı tərəfindən ölümlə hədələnib.
Azvision.az -ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Tərtər rayonu, Babək küçəsi ev 35-də yaşayan, 1991-ci il təvəllüdlü Həşimov Elşən İman oğlu məlumat verib.

O bildirib ki, keçmiş həyat yoldaşı Mehdiyeva Səbinə Oqtay qızı və ailə üzvləri ona zəng edərək öldürəcəkləri ilə hədələyirlər. S.Mehdiyeva, həmçinin E.Həşimovun yeni doğulmuş uşağını ona göstərməyəcəyini bildirib.

Sonradan məlum olub ki, E.Həşimovun yeni doğulmuş uşağı dekabrın 2-də Tərtər rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az

Teqlər: Tərtər   Polis