“Miqrasiya Könüllüsü” İctimai Birliyi Komitə ilə anlaşdı

  03 Dekabr 2019    Oxunub : 1083
“Miqrasiya Könüllüsü” İctimai Birliyi Komitə ilə anlaşdı
Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin birgə təşkilatçılığı ilə 1-9 dekabr tarixlərində “Azərbaycan Könüllülük Həftəsi”nə start verilib.
Azvision.az xəbər verir ki, “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 dekabr Beynəlxalq Əlillər günü ilə əlaqədar Miqrasiya Könüllüsü İctimai Birliyi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında anlaşma memorandumu imzalanıb.

Azərbaycanda uşaqların, xüsusilə sağlamlıq imkanları məhdud olan yeniyetmələrin, gənclərin diqqət və qayğı ilə tam əhatə olunduğunu bildirən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov paralimpiyaçı idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları xüsusi vurğulayıb.

Miqarsiya Könüllüləri ilə əməkdaşlığı yüksək qiymətləndirən komitə rəhbəri gələcək layihələrin həyata keçirilməsində Miqrasiya könüllülərinin aktiv şəkildə iştirakına şərait yaradılacağını diqqətə çatdırıb.

Daha sonra Miqrasiya Könüllüsü İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Paralimpiya Komitəsi, Bakı Nəqliyyat Agentliyi və Park Cinema kinoteatrlar şəbəkəsi birgə layihəyə imza atıblar. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud bir qrup uşaq Park Cinema kinoteatrlar şəbəkəsində cizgi filmi izləyiblər. Onların asudə vaxtlarının xoş vəsəmərəli keçməsi üçün təşkil olunan tədbir uşaqlara xoş ovqat bəxş edib.

Sonda xatirə şəkli çəkilib.

Azvision.az

Teqlər: Miqrasiya-Könüllüsü