Yevda Abramovun ölüm xəbəri yalan çıxdı

  03 Dekabr 2019    Oxunub : 6325
Yevda Abramovun ölüm xəbəri yalan çıxdı
Sasson Abramov Mərkəzi Klinik Xəstəxanada müalicə alan atası, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədr müavini Yevda Abramovun vəfat etməsi barədə xəbərləri təkzib edib.
Azvision.az -ın məlumatına görə, deputatın oğlu APA-ya bildirib ki, atası hazırda xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir:

“Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır. Allaha şükür, vəziyyəti yavaş-yavaş stabilləşir”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə deputat Yevda Abramovun vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

Azvision.az

Teqlər: YevdaAbramov