Bu gün Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna baxacaq

   Bu gün Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna baxacaq
  04 Dekabr 2019    Oxunub:2407
Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Azvision.az



Teqlər: KonstitusiyaMəhkəməsi   Sorğu  





Xəbər lenti