İrəvanda etirazçılara zor tətbiq edilib, 24 nəfər saxlanılıb - VİDEO+FOTOLAR

İrəvanda etirazçılara zor tətbiq edilib, 24 nəfər saxlanılıb -  VİDEO+FOTOLAR
  04 Dekabr 2019    Oxunub:4225
Ermənistanda Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə etiraz aksiyası keçirən "Daşnaksütyun” partiyası Gənclər Birliyinin 24 üzvü saxlanılıb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Edqar Canoyan bildirib.
Onun sözlərinə görə, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiklərinə görə, İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi əsasında saxlanılıblar. Bunun ardınca “"Daşnaksütyun“un gəncləri Kentron polis bölməsinə yürüş ediblər.



Xatırladaq ki, dünən “Daşnaksütyun” Gənclər Birliyinin nümayəndələri nazir Araik Arutyunyanla görüşmək üçün nazirliyin binasının qarşısına toplaşıblar. Ancaq nazirin onlarla görüşmək niyyətində olmadığını görərək polis kordonunu yarıb, oturaq piketə başlayıblar. Polis piketi güc tətbiq etməklə dağıdıb.









Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Etiraz  





Xəbər lenti