“Əsas məqsəd dayanıqlı kənd təsərrüfatı sistemi yaratmaqdır” - İnam Kərimov

  04 Dekabr 2019    Oxunub : 1171
“Əsas məqsəd dayanıqlı kənd təsərrüfatı sistemi yaratmaqdır” - İnam Kərimov
2019-cu ilin 9 ayı ərzində Azərbaycanda kənd təsərrüfatı sektorunda 7 faizdən çox artım olub.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas məqsəd dayanıqlı kənd təsərrüfatı sistemi yaratmaqdır ki, ərzaq təhlükəsizliyi təmin edilsin: "Bu yaxınlarda elektron kənd təsərrüfatı sistemi istifadəyə verilib. Bu da fermerlərə istənilən vaxt istənilən məsələ ilə bağlı müraciət etməyə imkan yaradır. Hazırda fermerlər 70 kənd təsərrüfatı xidmətindən yararlanır".

İ.Kərimov qeyd edib ki, ECO ölkələri ilə ticarət dövriyyəsi 2018-ci ildə 4 milyard dollardan çox olub: "Bu rəqəmi artırmalıyıq. Çünki güclü potensialımız var. Azərbaycan kənd təsərrüfatına dəstək verən əsas ölkələrdən biridir".

Aytən Zəhra
Azvision.az

Teqlər: İnam-Kərimov   Nazir