Nazirlik yeni mərkəzin yaradılması ilə bağlı təşəbbüs irəli sürdü

   Nazirlik yeni mərkəzin yaradılması ilə bağlı təşəbbüs irəli sürdü
  04 Dekabr 2019    Oxunub:2342
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin (ECO-RARiN) yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzin faəliyyəti ilə bağlı sənəd layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq yerli dövlət qurumları və üzv ölkələrlə razılaşdırılıb.

"ECO-RARİN-nin yaradılmasında əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumlar və ya mərkəzlər sıx əməkdaşlıq edəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: İnam-Kərimov  





Xəbər lenti