Saatlıdakı qatar qəzasının səbəbi bilindi

 Saatlıdakı qatar qəzasının səbəbi bilindi
  04 Dekabr 2019    Oxunub:2989
Bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsindən Azvision.az -a verilən məlumata görə, Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub. Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub. Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

Aytən Zəhra
Azvision.az


Teqlər: ADY   Qəza  





Xəbər lenti